"Neftçi"nin sabiq futbolçusu saxlanıldı

"Neftçi"nin sabiq futbolçusu saxlanıldı
"Neftçi"nin sabiq futbolçusu Fransisko Qarsiya həbs olunub.
Fanat.Az xəbər verir ki, polis paraqvaylı yarımmüdafiəçini sərxoş vəziyyətdə saxlayıb. Yoxlama zamanı 29 yaşlı futbolçunun üzərində marixuana aşkarlanıb. 
"Qato" ləqəbli futbolçu hazırda polis idarəsində saxlanılır. O, daha əvvəl də eyni səbəbdən həbs olunub.
Qeyd edək ki, Fransisko Qarsiya 2018-ci ildə "Neftçi"nin formasını geyinib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər