"Neftçi"nin sabiq futbolçusu: "Azərbaycanda şərtlər çox gözəldir"

"Neftçi"nin sabiq futbolçusu: "Azərbaycanda şərtlər çox gözəldir"
"Neftçi"yə keçməklə karyeramda ilk dəfə Yunanıstandan ayrılmışdım. Bu, mənim üçün həyat təcrübəsi idi".
Fanat.Az xəbər verir ki, bu sözlər "Neftçi"nin sabiq futbolçusu Vangelis Platellasa məxsusdur. 
 
Yunanıstanın ikinci liqasındakı "İonikos" klubuna keçən 33 yaşlı yarımmüdafiəçi yerli mətbuata müsahibəsində Azərbaycanla bağlı xatirələrini bölüşüb: "Burada gördüklərimdən fərqli şeylər yaşadım. Azərbaycan eşitdiyimiz kimi deyil, orada şərtlər tamamilə fərqli və çox gözəldir".
Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarından 2020-ci ilin iyulunadək Neftçi"də çıxış edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər