"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "Tuttoc" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin xidmətində C Seriyasında çıxış edən "İmolese" klubu maraqlıdı. 55 yaşlı Bordin ötən gün klubla yollarını ayıran Canluka Atsorini əvəzləyə bilər.
Bundan əvvəl Bordinin C Seriyasında çıxış edən "Sambenedetteze" klubundan da təklif aldığı açıqlanmışdı.
Qeyd edək ki, italiyalı baş məşqçi 2018-ci ildən bu ilin əvvəlinə qədər "Neftçi"də işləyib. O, 2018/19 mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanıb.
Fanat.Az