"Neftçi"nin sabiq baş məşqçisi "Şerif"lə danışıqlar aparır

"Neftçi"nin sabiq baş məşqçisi "Şerif"lə danışıqlar aparır
"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin yenidən "Şerif"i çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, bu barədə sputnik.md saytı məlumat yayıb.
Bildirilir ki, italyan mütəxəssis Moldova klubu ilə danışıqlar aparır. Onun bu həftə Tiraspol təmsilçisindən ayrılan xorvatiyalı Zoran Zekiçi əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Bordin 2016-2018-ci illərdə "Şerif"i çalışdırıb. Komanda onun rəhbərliyi altında Moldova çempionluğunu (2 dəfə), kubokunu (1) və Super Kubokunu qazanıb. İtaliyalı məşqçi 2018-2020-ci illərdə "Neftçi"nin sükanı arxasında olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər