"Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Şkupi" yeni transferlər həyata keçirmək niyyətindədir.
Fanat.az xəbər verir ki, komanda digər Şimali Makedoniya təmsilçisi "Vardar"ın üç futbolçusuna göz dikib.
"Ekipa" nəşrinə danışan klubun idman direktoru Omer Bunyaku Vladika Brdarovski, Ali Adem və Daniel Avramovskinin xidmətlərində maraqlı olduqlarını bildirib. Ancaq Avramovski legioner həyatı yaşamaq istədiyi üçün keçidinin real görünmədiyini də vurğulayıb.
Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Şkupi” matçı saat 20:00-da strat götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadəni də transfer edib.
Fanat.az