"Neftçi"nin rəqibi bəlli oldu

"Neftçi"nin rəqibi bəlli oldu

Bakıda təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin hazırlıq müddətində yoxlama oyunu üçün ilk rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar"la I Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşacaq. Məlumatı Gəncə klubunun rəsmi saytı yayıb.
Yanvarın 10-da paytaxtda baş tutacaq görüşün başlama saatı açıqlanmayıb.
Qeyd edək ki, "Neftçi" həmin tarixdə "Qəbələ" ilə oynamalı olsa da, sonradan qarşılaşma ləğv olunub. Flaqman ayın 14-də isə "Keşlə” ilə sınaq matçında üz-üzə gələcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər