"Neftçi"nin qapıçısı ilk dəfə Azərbaycan millisinə dəvət olundu

"Neftçi"nin qapıçısı ilk dəfə Azərbaycan millisinə dəvət olundu
Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, qapıçı Cavad Məmmədov ilk dəfə əsas yığmanın düşərgəsinə qovuşub.
20 yaşlı qolkiper "Neftçi” İK-nın üzvüdür.
Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 18:00-da başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər