"Neftçi"nin sabiq baş məşqçisi Hans-Yürgen Gede "Vnexpress" nəşrinə müsahibə verib.
Fanat.Az xəbər verir ki, alman məşqçi Bakı təmsilçisində işlədiyi dönəm haqda da danışıb.
"Azərbaycana "Neftçi" işləmək üçün getdiyim zaman prezidenti zəngin və səxavətli adam olduğunu anladım. Ancaq o, baş məşqçi olmağı sevirdi. Tez-tez peşəkarların işinə müdaxilə edirdi. Sonra kuliminasiya nöqtəsi oldu. Mənə olduqca bacarıqsız hücumçu verdi. Ona oynamaq imkanı yaratmağımı tapşırdı".
Qeyd edək ki, 64 yaşlı mütəxəssis 2008/09 mövsümündə "Neftçi"də işləyib. Həmin vaxt Əkbər Hacıyev klub prezidenti olub.
Fanat.Az