"Neftçi"nin legioneri narazıdı, bu qış getmək istəyir

"Neftçi"nin legioneri narazıdı, bu qış getmək istəyir

Mamadu Mboc yanvarda "Neftçi”dən ayrılmaq istəyir.

 

Fanat.Az xəbər verir ki, ötən ilin dekabrında Litvanın "Jalgiris” klubundan transfer edilən mərkəz müdafiəçisi daha çox oynaya biləcəyi kluba keçməyin əleyhinə deyil.

Ancaq Bakı təmsilçisi ilə 2,5 illik müqavilə imzalamış seneqallı üçün pul da az önəm daşımır. Belədə, tərəflərin mövcud anlaşmanın qalan 1,5 ili ilə bağlı necə razılaşacağı maraq doğurur.

Sözügedən futbolçunun sabiq klubuna - "Jalgiris”ə havayı icarəyə verilməsi ən real variantdı. Son danışıqlar zamanı Litva klubunun rəsmiləri icarə müqaviləsinə görə "Neftçi”yə pul ödəməyə hazırlaşmadığını bildirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər