Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Qvineya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, milliyə dəvət alan 22 futbolçu arasında "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane də var.
2018-ci ildən flaqmanın formasını geyinən 23 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasına çağırılıb.
Qeyd edək ki, Qvineya Çad millisi ilə 2 oyun (11-15 noyabr) keçirəcək.
Fanat.Az