"Kəpəz” və "Neftçi”nin sabiq futbolçusu Dario Frederiko da Dağlıq Qarabağda baş verən hadisələrə biganə qalmayıb.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu "Instagram" səhifəsində paylaşım edərək Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
"Erməni terroruna son, Qarabağ Azərbaycandır! Tanrı Azərbaycanı qorusun. Mən sizinləyəm”deyə Federiko yazıb.
Dario həmçinin Gəncədə yaşanan erməni terroru ilə bağlı da paylaşım edib.
Qeyd edək ki, 29 yaşlı hücumçu müxtəlif vaxtlarda "Kəpəz” (2015-2017, 2018) və "Neftçi”nin (2018, 2019-2020) formasını geyinib. Hazırda isə Latviyanın "Rıqa" klubunda çıxış edir.
Fanat.Az