Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, qrup mərhələsinin 3-cü turunda "Neftçi”nin hücumçusu Prins İbaranın çıxış etdiyi Konqo yığması Esvatini ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana çıxan İbara qələbədə böyük pay sahibi olub. 77-ci dəqiqədə hesabı açan forvard dörd dəqiqə sonra məhsuldar ötürmə edib.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Konqo qrupda ikinci pillədə qərarlaşıb.
Fanat.Az