"Neftçi"nin hücumçusu koronavirusa yoluxdu

"Neftçi"nin hücumçusu koronavirusa yoluxdu
"Neftçi”nin daha bir futbolçusu yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının X turunda "Qəbələ” ilə keçirilən oyundan sonra məlumat verib.
Baş məşqçi bildirib ki, Azərbaycan millisinin düşərgəsindən qayıdan hücumçu Mirabdulla Abbasovun koronavirus testi pozitiv çıxıb. Məhz bu səbəbdən 25 yaşlı forvard bugünkü qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, yığmadan qayıdan "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli, həmçinin klubun digər yarımmüdafiəçisi Rəhman Hacıyev də koronavirusa yoluxub. Bundan başqa, "Neftçi"nin kapitanı Emin Mahmudov da bu virusdan əziyyət çəkir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər