"Neftçi"nin hücumçusu: "Cənubi Kipr klubu ilə danışıqlar aparıram"

"Neftçi"nin hücumçusu: "Cənubi Kipr klubu ilə danışıqlar aparıram"
"Neftçi"nin hücumçusu Baqali Dabo Cənubi Kiprin "Apollon" klubu ilə danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, fransalı forvard bu barədə Cənubi Kipr mətbuatına açıqlamasında deyib.
"Apollon"la danışıqlar apardığını bildirən Dabo hələ müqavilə bağlamadığını deyib: "Azərbaycan çempionatının davam edib-etməyəcəyi ilə bağlı qərarı gözləyirəm. Amma "Apollon"a transfer olunmağa çox yaxınam. Kipr təmsilçisi əla komandadı. Bu cür klubun maraq dairəsinə düşdüyüm üçün çox xoşbəxtəm".
Qeyd edək ki, Baqali Dabonun "Neftçi" ilə müqavilə müddəti iyunun 1-nə qədərdi. 31 yaşlı forvard bu mövsüm keçirdiyi 19 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər