"Neftçi"nin hücumçusu: "Bu, mənim ilk çempionluğumdur"

"Neftçi"nin hücumçusu: "Bu, mənim ilk çempionluğumdur"
"Neçə il sonra çempion ola bildik. Çox sevindiricidir".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Hücumçu hər il komandasına inandığını söyləyib. "Hər mövsüm deyirdim ki, çempion olacaq gücdəyik. Ancaq nələrsə alınmırdı. Bu mövsüm ikiqat sevindirici oldu. Çünki çempionluğun taleyi son turda həll olundu. Bu, mənim ilk çempionluğumdur. İnanıram ki, davamını gətirə biləcəyik".
Abbasov karyerasını "Neftçi”də davam etdirmək istədiyini vurğulayıb: "Bu yöndə rəhbərliklə danışıqlarım olacaq".
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər