"Neftçi"nin futbolçusu zədəsini sağaltdı

"Neftçi"nin futbolçusu zədəsini sağaltdı
"Neftçi"nin futbolçusu Ömər Buludov zədəsini tam sağaldıb.
23 yaşlı cinah müdafiəçisi komanda ilə məşqlərə start verib.
O, baş məşqçi Samir Abasov şans verəcəyi təqdirdə Azərbaycan Kubokunun 1/4 finalında "Zirə" ilə cavab matçında iştirak edə biləcək. Evdə 0:1 hesabı ilə məğlub olduqları matçda dodağı partlayan və tikiş atılan Emin Mahmudovun da durumu yaxşıdır.
"Neftçi"də yalnız hələ Bakıya qayıtmayan Yusuf Laval "Zirə" ilə oyunu buraxacaq.
Qeyd edək ki, fevralın 7-də keçiriləcək "Zirə" - "Neftçi" matçı saat 17:30-da başlayacaq. İlk görüşdə "Zirə" minimal hesablı qələbə qazanıb - 1:0.(report.az)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər