"Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya millisinə dəvət olunub.
Fanat.Az verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı futbolçu U-23 Afrika Millətlər Kuboku çərçivəsində martın 20 və 24-də Seneqal yığması ilə keçiriləcək oyunlara çağırılıb. Seneqal millisi bu tarixlərdə Qvineya ilə qarşılaşacaq.
Qeyd edək ki, Mamadu Kane bu mövsüm "Neftçi”nin heyətində 4 oyun keçirib.
Fanat.Az