"Neftçi"nin futbolçusu: "Mənə banan təklif etdi, baş qoşmadım"

"Neftçi"nin futbolçusu: "Mənə banan təklif etdi, baş qoşmadım"
"Polşada rasizmlə rastlaşmaq adi haldı. Bu yaxınlarda həyat yoldaşım və onun əmisi Tomeklə Krakovda gəzirdik. Qəfil bir nəfər mənə "ey, qara, məndə sənin üçün nəsə var” deyib əlini cibinə saldı”. 
Fanat.Az xəbər verir ki, bunu Sport SE-yə müsahibə verən Vild-Donald Gerye deyib.
"Neftçi”nin haitili futbolçusu başına gələn qanqaraldıcı olayı yada salıb:
"Bir qədər qorxdum. Axı cibindən nə çıxardacağını bilmirdim. Xoşbəxtlikdən bu, apelsin idi. Gülümsədim, baş qoşmadım. Ardından mənə banan təklif etdi. Fikir vermədən yoluma davam etdim. Ancaq Tom onunla dalaşdı… 
Demək istəyirəm ki, daha böyümüşəm. Əvvəlki deyiləm. İstəmirəm ki, bir neçə müddətdən sonra mənim uşaqlarım sosial şəbəkələrdə atalarının küçədə dalaşdığını görsünlər”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər