"Neftçi"nin futbolçusu Latviya klubuna keçib

"Neftçi"nin futbolçusu Latviya klubuna keçib
"Neftçi"nin futbolçusu Elvin Sərkərov Latviyanın "Dauqavpils” komandasına transfer olunub. 
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, artıq 22 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb. 
Sözləşmənin şərtlərinə görə, Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək. Azərbaycanın U-21 yığmasında da çıxış edən oyunçu ölkəyə qayıdacağı təqdirdə, ilk seçimini "Neftçi” üzərində edəcək.
Qeyd edək ki, Elvin Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb. "Dauqavpils” bundan əvvəl U-21-in digər üzvü, "Sumqayıt"ın yetirməsi Tural Bayramlını heyətinə qatıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər