"Neftçi"nin futbolçularını polis qurtardı - FOTO

"Neftçi"nin futbolçularını polis qurtardı - FOTO

"Kapital Bank Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçı - "Sumqayıt” – "Neftçi” oyunu davam edir.

 

Öz meydanında 2 cavabsız qolla uduzan "ağ-qaralar” ikinci görüşdə 1:0 hesabı qalib gəlir. Azlıqda qalan "kimyaçılar”a daha 1 top vurmağa çalışan bakılıların duelindəki gərginlik tribunalardan da yan keçmir.

Fanat.Az "azerisport”a istinadən xəbər verir ki, ilk yarıda "ağ-qaralar”ın fan-sektorun yanında əyləşən futbolçuları (Ruslan Abışov, Anton Krivotsyuk və sair), eləcə də digər əməkdaşları təzyiqə məruz qalıb. Qarşılıqlı atmacaların kütləvi dava-dalaşa çevrilməsinə polis mane olub.

  

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər