"Neftçi"nin futbolçuları Kosta-Rika ilə oyunda "sülh"ə razılaşdı

"Neftçi"nin futbolçuları Kosta-Rika ilə oyunda "sülh"ə razılaşdı
Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin (KONKAKAF) Millətlər Liqasında növbəti oyunlar keçirilib. 
Fanat.Az xəbər verir ki, "Neftçi”nin futbolçuları Soni Mustivar və Vild-Donald Geryenin şərəfini qoruduğu Haiti millisi qrupda 3-cü görüşünə çıxıb.
A liqasının D qrupunda yer alan Haiti öz meydanında Kosta-Rika ilə qarşılaşıb. Start heyətində yer alan Mustivarla Gerye oyunu əvəz edilmədən keçiriblər. Qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, 3 oyunda 2 xal toplayan Haiti oktyabrın 15-də Boliviya ilə yoxlama görüşü keçirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər