"Neftçi"nin cavab oyunu canlı yayımlanacaq

"Neftçi"nin cavab oyunu canlı yayımlanacaq
"Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubu ilə cavab oyunu da canlı yayımlanacaq.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki  Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda  keçiriləcək görüş "CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, cavab matçı avqustun 15-i Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, "Neftçi" İsrail təmsilçisinə qarşı bu gün Bakıda keçirəcəyi ilk oyun da  (saat 21:00) "CBC Sport"da yayımlanacaq.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər