"Neftçi"nin “Bney Yehuda” ilə oyunlarının vaxtı açıqlandı

"Neftçi"nin “Bney Yehuda” ilə oyunlarının vaxtı açıqlandı
"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində  İsrailin "Bney Yehuda” klubu ilə oyunlarının vaxtı müəyyənləşib.
Fanat.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, ilk görüş avqustun 8-də "Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Xatırladaq ki, "Neftçi" Tula "Arsenal"ına qalib (1:0, 3:0) gələrək növbəti mərhələyə yüksəlib.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər