"Neftçi"nin baş məşqçisi: "Bu, bizi qorxutmur"

"Neftçi"nin baş məşqçisi: "Bu, bizi qorxutmur"
"Rəqib komandanı tam analiz etdik. Bütün məlumatları futboluçulara çatdırmışıq. Matça çox ciddi yanaşırıq. Komanda tam olaraq oyuna hazırdı. Qələbə üçün hər şeyi edəcəyik. Biz necə komanda olduğumuzu bilirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq".
Bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniya təmsilçisi "Şkupi" ilə matçdan öncə mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis sabahkı matçdakı start heyət haqqında məlumat vermək istəməyib: "Bu günkü məşqdən sonra tam qərar verəcəyik".
Məmmədov deyib ki, istədikləri oyunçular kollektivə erkən qoşulmayıb: "Hücumçu mövqeyi çox çətin məsələdi. Bəyəndiyimiz oyunçular var. Müəyyən səbəblərdən transfer alınmır. Pandemiyanın da buna təsiri olub. Çempionatın növbəti turuna kimi yeni hücumçu komandaya qoşulacaq".
Baş məşqçi hər zaman meydana yalnız qələbə üçün çıxdığını vurğulayıb: "Rəqib yaxşı komandadı. Bütün oyunçuları təhlil etmişik".
Mütəxəssis "Şkupi"nin heyətindəki azərbaycanlı futbolçu Elvin Yunuszadənin "Neftçi" barədə məlumatlı olmasından da danışıb: "Yunuszadə ölkə futbolu barədə məlumatlıdı. Amma bu bizi qorxutmur. Əksinə əlavə motivasiya verir".
 
Baş məşqçi "Bakcell Arena"nın ot örtüyünün son oyuna nisbətən yaxşı olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, avqustun 27-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Şkupi” oyunu saat 20:00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər