"Neftçi"nin Avstriya toplanışında ilk rəqibi müəyyənləşdi

"Neftçi"nin Avstriya toplanışında ilk rəqibi müəyyənləşdi
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubu turnirə Avstriyada hazırlaşacaq.
 
Fanat.Az xəbər verir ki,  hazırlıq prosesi Zaltsburq əyalətinin Leoqanq kommunasında təşkil olunacaq. Hələlik toplanışın tarixi dəqiq açıqlanmasa da, rəqiblərdən biri məlumdur. Bu, Polşa çempionu "Legiya"dır.
Varşava təmsilçisinin rəsmi saytı "Neftçi" ilə görüşün iyunun 20-də olacağını yazıb.
Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən start verəcək. İlk oyunlar 6 - 7 iyulda, cavab görüşləri 13 - 14 iyulda keçiriləcək.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər