"Neftçi"dən qovulan futbolçu "Fənərbaxça"ya 2 qol vurdu - VİDEO

"Neftçi"dən qovulan futbolçu "Fənərbaxça"ya 2 qol vurdu - VİDEO
Türkiyə Super Liqasında 24-cü turun görüşləri keçirilir.
Fanat.Az xəbər verir ki, "Fənərbaxça" ötən gecə "Çaykur Rizəspor"u qəbul edib və 3:2 hesablı qələbə qazanıb. 
Qonaqların hər iki qoluna "Neftçi"nin sabiq futbolçusu Dario Melnyak imza atıb ."Ağ-qaralar" xorvatiyalı sol cinah müdafiəçisini 2016-cı ildə Belçikanın "Lokeren" klubundan bir illik icarəyə götürmüşdü. Lakin onunla müqavilə altı ay sonra xitam verilmişdi. O, 14 oyunda "ağ-qara" formanı geyinib.
Qeyd edək ki, "Fənərbaxça"nın qollarına Sərdar Aziz, Roberto Soldado və Viktor Mozes (penalti) imza atıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər