"Neftçi"dən Platellas və Mustivar açıqlaması

"Neftçi"dən Platellas və Mustivar açıqlaması
"Vangelis Platellas və Soni Mustivar mövsümün qalan səkkiz oyununda komanda ilə birlikdə olacaqlar".
Bunu Fanat.Az-a açıqlamasında "Neftçi"nin sözçüsü Rüstəm Allahverdiyev deyib.
Klub rəsmisi müqavilələrinin müddəti başa çatdığı halda, yeni anlaşmaya qol çəkməyən legionerlərin komandada qalmaq ehtimalına aydınlıq gətirib:
"Qarşıdakı oyunlarda ümidləri doğruldacaqları təqdirdə, Platellas və Mustivar "Neftçi" ilə müqavilə yeniləyə bilərlər. Onların özünə də bu barədə məlumat verilib. Yəni məşqçilərin bu futbolçularla bağlı yekun rəyi əsas götürüləcək".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər