"Neftçi"dən ilk transfer - RƏSMİ

"Neftçi"dən ilk transfer  - RƏSMİ
"Neftçi” 2020/21 mövsümü üçün ilk transferini rəsmiləşdirib.
 
Fanat.Az xəbər verir ki, paytaxt klubu Cabir Əmirlini heyətinə qatıb.
 
Bu barədə "ağ-qaralar”ın rəsmi saytı məlumat yaıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
 
23 yaşlı müdafiəçi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər