"Neftçi"dən gedən legioner özünə Kiprdə klub tapdı

"Neftçi"dən gedən legioner özünə Kiprdə klub tapdı
2019/20 mövsümünün sonunda "Neftçi”dən ayrılmış Soni Mustivar komandasını dəyişib.
 
Fanat.Az xəbər verir ki, Rumıniyanın "Hermanştadt” klubu ilə vidalaşan Haiti əsilli fransalı futbolçu Kipr təmsilçisi "Nea Salamina”ya keçib.
 
30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb. Onun sözləşməsi mövsümün sonunda daha 1 il müddətinə uzadıla bilər.
 
Qeyd edək ki, Mustivar 2018-2020-ci illər aralığında "Neftçi"də çıxış edib.
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər