“Neftçi”dən ayrılan futbolçu Təbriz klubunda

“Neftçi”dən ayrılan futbolçu Təbriz klubunda
"Neftçi” ilə yollarını ayıran Saman Nərimancahanın yeni klubu məlum olub.
 
Fanat.Az xəbər verir ki, bu barədə "Transfermarkt” məlumat yayıb.
 
Xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi "Traktor”la anlaşıb. Təbriz klubu ilə müqavilə iyunun sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Neftçi”yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan "ağ-qara” formada 22 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb. Paytaxt təmsilçisi dünən iranlı futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər