"Neftçi"dən ayrılan forvard özünə iş yeri tapdı

"Neftçi"dən ayrılan forvard özünə iş yeri tapdı
"Neftçi”nin sabiq futbolçusu Kvame Karikari özünə yeni klub tapıb.
 
Fanat.Az xəbər verir ki, qanalı hücumçu bundan sonra karyerasını Misirdə davam etdirəcək.
 
O, sözügedən ölkənin ENPPI komandasına keçib. Klubun yaydığı məlumata əsasən, 29 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, 2018/19 mövsümünün birinci yarısını "Neftçi"də keçirən Karikari "ağ-qaralar"ın formasıyla çıxdığı 10 oyuna 2 qol vurub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər