“Neftçi”də yubileylərlə zəngin oyun

“Neftçi”də yubileylərlə zəngin oyun
Azərbaycan Premyer Liqasının II turunun "Zirə” ilə oyunu "Neftçi”nin dörd futbolçusu üçün yubileylə əlamətdar olub. 
Fanat.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı görüşdə 4 oyunçu 6 yubiley qeyd edib. 
Rəhman Hacıyev "Neftçi”də ümumilikdə 150-ci matçını keçirib. O, Premyer Liqada 117, kubokda 21, avrokuboklarda 12 dəfə "ağ-qaralar”ın formasını geyinib. Namiq Ələsgərov isə paytaxt təmsilçisində 75-ci oyununa çıxıb. Yarımmüdafiəçi çempionatda 63, kubokda 7, avrokuboklarda 5 dəfə şans qazanıb. 
Emin Mahmudovla Anton Krivotsyuk Azərbaycan Premyer Liqasında 50-ci oyunlarını keçiriblər. Hər iki futbolçu çempionatda yalnız bir komandada çıxış edib. 
Beləliklə, onlar həm də "Neftçi”də 50-ci çempionat matçında iştirak ediblər. 
Qeyd edək ki, yubileylərlə zəngin olan matçda "Neftçi” 0:1 hesabı ilə uduzub.
 
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər