"Neftçi"də yeni şöbə yaradıldı

"Neftçi"də yeni şöbə yaradıldı
"Neftçi” rəhbərliyinin qərarı ilə klubda seleksiya şöbəsi yaradılıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, bu şöbə əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün də istedadlı futbolçuların tapılıb üzə çıxarılması, eləcə də komandaların formalaşdırılmasını daha effektli həyata keçirməkdən ötrü işlər görəcək.
Seleksiya şöbəsində veteran futbolçular – İqor Getman və Vadar Nuriyev yer alıblar.
Qeyd edək ki, Getmanla Nuriyev keçən ilin noyabrınadək "Neftçi”nin əsas komandasında köməkçi məşqçi vəzifəsini yerinə yetiriblər.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər