“Neftçi”də 25-ci qol

“Neftçi”də 25-ci qol
Namiq Ələsgərov "Neftçi”nin heyətində 25-ci qolunu vurub.
 
Fanat.Az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XIX turuna təsadüf edib.
 
"Keşlə” ilə ev matçında hesabı açan yarımmüdafiəçi paytaxt təmsilçisində 25-ci dəfə fərqlənib. Namiq sonradan penaltidən yararlanmaqla qol sayını 26-ya çatdırıb. Ələsgərov buna 115-ci matçında nail olub. O, bu qollardan 23-nü Premyer Liqada, 2-ni Azərbaycan kubokunda, 1-ni Avropa Liqasında vurub.
2016/17 mövsümündən "Neftçi”də çıxış edən Namiq ilk qolunu da "Keşlə”yə vurub. O, 2017-ci il fevralın 9-dakı səfər görüşündə fərqlənib. Həmin matçda da "Neftçi” indiki kimi 3:1 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, "Neftçi” "Keşlə” ilə matçda 3:1 hesablı qələbə qazanıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər