ÇSKA-nın hücumçusu "Neftçi"də - RƏSMİ

ÇSKA-nın hücumçusu "Neftçi"də - RƏSMİ
"Neftçi” hücumçu transferini rəsmiləşdirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bolqarıstanlı futbolçu Ahmed Ahmedovla mövsümün sonunadək müqavilə imzalanıb. Bolqarıstanın ÇSKA (Sofiya) klubuna (2020-2021; 17 oyun, 1 qol) məxsus olan 25 yaşlı futbolçu icarə əsasında "ağ-qaralar"ın formasını geyinəcək. 
Ahmedov Bolqarıstanın "Çernomorets” (2013-2014), "Neftoximik” (2014-2015; 18 oyun, 2 qol), "Pomorie” (2015-2018; 85 oyun, 25 qol), "Dunav Ruse” (2018-2020; 49 oyun, 14 qol) klublarında da çıxış edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər