"Neftçi" yeni baş məşqçisini açıqladı

"Neftçi" yeni baş məşqçisini açıqladı
"Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun Müşahidə Şurasının qərarı ilə komanda Samir Abasova həvalə olunub.
42 yaşlı mütəxəssislə 2021/2022-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Samir Abasov 2003/2004 mövsümündə "Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi "Sumqayıt” (2015-2018) və "Zirə” (2018-2019) klublarında çalışıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər