"Neftçi" və "Zirə"ni cərimələndi

"Neftçi" və "Zirə"ni cərimələndi
AFFA İntizam Komitəsi "Zirə" klubunu 800 manat məbləğində cərimələyib. 
Fanat.Az xəbər verir ki, buna səbəb qəsəbə təmsilçisinin 7 oyunçusunun "Səbail"ə qarşı keçirdikləri 1/4 fional mərhələsinin cavab matçında sarı vərəqə ilə cəzalanmasıdır. 
Qurum "Neftçi"ni də eyni məbləğdə cəzalandırıb. Paytaxt klubunun 4 oyunçusu "Sumqayıt"la cavab görüşündə sarı vərəqə alıb. 
Qeyd edək ki, "Zirə" "Səbail"lə görüşün əlavə vaxtında qol vuraraq, 1:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. "Neftçi" isə "Sumqayıt"la səfər matçında qolsuz heç-heçə edib. Ev oyununda flaqman 0:1 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb.  
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər