"Neftçi" - "Sperantsa" matçının hakimləri açıqlandı

"Neftçi" - "Sperantsa" matçının hakimləri açıqlandı
Avropa Liqasında "Neftçi" və "Sperantsa" arasında keçiriləcək I təsnifat mərhələsinin cavab görüşlərinə hakim təyinatları açıqlanıb. 
Fanat.Az xəbər verir ki, qarşılaşma avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynbergerə Maksimilian Kolbiç və Mixael Nemets yan xətt, Andrea Hayss isə dördüncü hakim qismində yardımçı olacaq. 
Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər