"Neftçi" Sloveniyada ilk məşqinə çıxdı

"Neftçi" Sloveniyada ilk məşqinə çıxdı
"Neftçi" yeni mövsümün hazırlığını davam etdirir.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində məskunlaşan komanda bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
"Ağ-qaralar”ın səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
"Neftçi” toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Flaqman iyunun 21-də Sloveniyanın "Olimpiya” (Lyublyana), 29-da Rusiyanın "Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib.
Qeyd edək ki, "Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-si Tbilisidəki Boris Payçadze adına "Dinamo Arena"da olacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 14-ü "Bakcell Arena”da baş tutacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər