"Neftçi" Sabiri heyətə qatdı - VİDEO

"Neftçi" Sabiri heyətə qatdı - VİDEO
"Neftçi” yeni futbolçu transfer edib.
 
Fanat.Az xəbər verir ki, ötən gün Yusuf Lavalla müqavilə bağlayan paytaxt klubu bu gün də Sabir Buqrini heyətinə qatıb.
Məlumatı Bakı təmsilçisinin rəsmi saytı yayıb. Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi 2 illik müqaviləyə qol çəkib.
 
Sabir 29 nömrəli futbolkada top qovacaq.
 
Buqrin daha öncə Belçikanın "Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın "Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun "Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər