AL: "Neftçi" Tuladan zəfərlə dönür

AL: "Neftçi" Tuladan zəfərlə dönür
Bu gün Avropa Liqasında II təsnifat mərhələsində ilk oyunlar keçirilir. 
Fanat.Az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" növbəti sınağına çıxıb.
I raundda Moldova "Sperantsa"sını asanlıqla mübarizədən kənarlaşdıran "ağ-qaralar" bu dəfə Rusiya Premyer Liqasının təmsilçisi "Arsenal"la üz-üzə gəlib.  İlk oyununu səfərdə keçirən Roberto Bordinin yetirmələri özünü qonaq kimi aparmayıb. I mərhələdə qapısında qol görməyən "flaqman" bu seriyanı Tulada da davam etdirib. Tək qolla qələbə qazanan bakılılar evə böyük ümidlərlə qayıdıb.
 
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
Arsenal (Tula, Rusiya) - Neftçi (Azərbaycan) 0:1
Qol: Dario Federiko, 45+1
Hakimlər: Enea Yorqyi, Ridiger Çokay, İlir Tartaray, Klaydi Kola (hamısı Albaniya).
Hakim-inspektor: Pavel Salıy (Qazaxıstan).
UEFA nümayəndəsi: Sergey İliç (Belarus).
Tula. "Arsenal” mərkəzi stadionu.
 

Arsenal: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandr Tudor. Ehtiyat oyunçular: 1. Artuq Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Adzoyev, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov, 71. Aleksandr Denisov. Baş məşqçi: İqor Çerevçenko.

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə.

Baş məşqçi: Roberto Bordin.

 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər