"Neftçi" rəsmisi qəfildən vəfat etdi

"Neftçi" rəsmisi qəfildən vəfat etdi
Tanınmış jurnalist Tofiq Gülməmmədov dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə Elnarə Dərziyeva məlumat yayıb:
"Dəyərli jurnalist, həyat eşqli insan - Tofiq Gulməmmədovu itirdik. Ölüm sizə yaraşmırdı, Tofiq müəllim... Çox pis xəbər oldu. Allah rəhmət eləsin”.
Qeyd edək ki, Gülməmmədov Tofiq Attıxan oğlu 1960-cı il may ayının 9-u anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin mətbuat xidməti üzrə meneceridir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər