"Neftçi" rəhbərliyi vımpeli altına qoyanı cəzalandırdımı? - RƏSMİ

"Neftçi" rəhbərliyi vımpeli altına qoyanı cəzalandırdımı? - RƏSMİ

Son "Neftçi” – "Qarabağ” oyunundan (0:0) sonra yaşanan xoşagəlməz halı işıqlandırmış, mövqeyimizi ortaya qoymuşduq.

 

 

Unudanlara xatırlatmaq, görüb oxumayanları məlumatlandırmaq üçün vurğulayaq ki, "Neftçi”nin tərcüməçisi Vüqar Əliyev Ağdam klubunun vımpelinin üstündə əyləşmiş, başqa sözlə, rəqibin kiçik ölçülü bayrağını altına qoyaraq qarşı tərəfə böyük hörmətsizlik etmişdi.

Noyabrın 3-də yazdığımız tənqidi yazıdan sonra Bakı klubunun saytında hər hansı üzrxahlıq gözə dəymədi. "Neftçi”nin sözçüsü Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb rəhbərliyin böyük suçun üstündən niyə sükutla keçdiyini soruşduq, klubun rəsmi mövqeyini ortaya qoymasını istədik. Cavabı diqqətinizə çatdırmağı özümüzə borc bilirik:

"Vüqara bu hərəkətinə görə rəhbərlik tərəfindən irad bildirilib. Belə məsələlərdə diqqətli olması tapşırılıb”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər