“Neftçi” rəhbərliyi SOCAR-dan rədd cavabı aldı - SON DURUM

“Neftçi” rəhbərliyi SOCAR-dan rədd cavabı aldı - SON DURUM

 

Uğursuz transferlərə külli miqdarda pul xərcləyə "Neftçi” rəhbərliyinin bu qış tərəfdarlarını səviyyəli transferlərlə sevindirə bilməməsinin səbəbi məlum olub.

  

Fanat.Az-ın əldə etdiyi məlumata görə, SOCAR-dan çempionluq uğrunda mübarizə üçün 1 milyon dollar vəsait istəyən rəhbərlik rədd cavabı alıb. Sponsor şirkət klubdakıların lazımsız futbolçuları göndərməsini və komandanın azad agent statusu daşıyan bacarıqlı əcnəbilərlə gücləndirilməsini tələb edib.

 

Prezident Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovun "tapıntı” adıyla Bakı təmsilçisinə "yerləşdirdiyi” Kvame Karikari, Slavko Braliç kimi gəlmələrin böyük məbləğdə təzminat tələb etməsi "yuxarılar”ın bu qərarında həlledici rol oynayıb.

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər