“Neftçi” Qvineya yığmasının üzvünü baxışa çağırdı

“Neftçi” Qvineya yığmasının üzvünü baxışa çağırdı
"Neftçi” baxışa daha bir futbolçu dəvət edib. 
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu, qvineyalı Nabi Silladı. 21 yaşlı Silla hücumçudu. 
"Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində "Satellit” (2015-2017), "Qanqan” (2017-2018) və "Koyah” (2018-2019) klublarında çıxış edib. 
Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Silla hazırda U-23-ün üzvüdü. Klubun məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər