“Neftçi” qışda neçə legioer transfer edəcək?

“Neftçi” qışda neçə legioer transfer edəcək?
"Neftçi”nin prezidenti Kamran Quliyev klubun transfer planları barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qış transfer pəncərəsində komandaya 2-3 yeni oyunçu cəlb ediləcəyini bildirib:
"Qış fasiləsində "Neftç”nin güclənməsi mümkündü. Düzdü. qış "transfer pəncərəsi” yaydan fərqlənir. Avropada cəmi 6-7 ölkədə çempionat yaz-payız sistemi ilə keçirilir. Lakin biz axtarışdayıq, artıq bir neçə futbolçu ilə danışmışıq. Danışıq apardığımız futbolçuların Bakıya gəlişini gözlənilir. Lakin heç kimlə müqavilə bağlamamışıq. Çünki tibbi baxış və digər məsələlər var. İki, ən çox halda 3 əcnəbi oyunçu ola bilər. Hazırda "Neftçi”nin statusuna uyğun yerli bazarda oyunçu yoxdur. Həmçinin klubdan gedəcək futbolçular da ola bilər”. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər