"Neftçi" qələbə qazanıb vahid lider oldu

"Neftçi" qələbə qazanıb vahid lider oldu
Birinci Divizionda XVIII turdan təxirə salınmış bir oyun keçirilib.
 
Fanat.Az xəbər verir ki, günün yeganə matçında "Sabah” və "Neftçi”nin əvəzediciləri qarşılaşıb.
 
Binə qəsəbə stadionunda baş tutan görüş "ağ-qaralar”ın qələbəsi ilə bitib. 
 
Bu qələbədən sonra "Neftçi”nin əvəzediciləri 52 xalla zirvədə qərarlaşıb. Bakılıları 49 xala malik "Zaqatala” izləyirsə, 46 xalı olan "Turan Tovuz” üçüncüdür.
 
Birinci Divizion
XVIII turun oyunu
20 aprel
 
Sabah-2 – Neftçi-2 0:2
Qollar: Vüsal Əsgərov, 32. Famil Camalov, 74.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Namiq Bəkirov.
Binə qəsəbə stadionu, 15:30.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər