"Neftçi" - "Qarabağ" matçının başlama saatı açıqlandı

"Neftçi" - "Qarabağ" matçının başlama saatı açıqlandı
Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu - 28-ci turunun oyun cədvəli açıqlanıb.
 
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həlledici turun görüşlərinin hamısı mayın 19-da keçiriləcək.
 
"Neftçi” və "Qarabağ” komandaları arasında keçiriləcək və çempionluğun taleyinə aydınlıq gətirəcək matç Mərdəkandakı "Dalğa Arena”da baş tutacaq. Oyuna saat 20:30-da start veriləcək.
 
Turun digər üç qarşılaşması isə eyni saatda - 18:00-da start götürəcək. İki görüş "CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in rəsmi saytında canlı yayımlanacaq.
 
Azərbaycan Premyer Liqası
28-ci tur
19 may 
 
"Səbail” – "Sumqayıt”
Bakı. "ASCO Arena”, 18:00 (canlı/Pfl.az).
 
"Sabah” – "Zirə”
Masazır. "Bank Respublika Arena”, 18:00 (canlı/”CBC/Sport”).
 
"Keşlə” – "Qəbələ”
Bakı. "ASK Arena”, 18:00 (canlı/Pfl.az).
 
"Neftçi” – "Qarabağ”
Bakı. "Dalğa Arena”, 20:30 (canlı/”CBC/Sport”).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər