"Hazırda ölkə birinciliyi ilə bağlı hansı qərarın veriləcəyi bilinmir. Bu üzdən "Neftçi” növbəti mövsümə hazırlaşmır. Qeyri-müəyyənlik dönəminin başa çatmasını gözləyirik”
Bu sözləri Fanat.Az-a açıqlamasında sözügedən Bakı təmsilçisinin mətbuat katibi Rüstəm Allahverdiyev deyib.
O, rəhbərliyin Premyer Liqanın aqibətinə rəsmi şəkildə aydınlıq gələnə qədər mövqeyini dəyişməyəcəyini söyləyib:
"Gözləmə mövqeyindəyik. Premyer Liqanın taleyinə rəsmi aydınlıq gələndən sonra nə edəcəyimizlə bağlı qərar verəcəyik”.
Fanat.Az