"Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ

"Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ
"Neftçi” klubu müqavilə müddəti başa çatan futbolçusu Soni Mustivarla yollarını ayırıb. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb. 
Flaqman daha əvvəl Tural Axundov və Mustivarın həmyerlisi Donald Gerye ilə vidalaşıb. 
Qeyd edək ki, Soni Mustivar "Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər